ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı ölkədə iyunun 7-də keçiriləcək parlament seçkilərində dəstəklədiyini bəyan edib.
Â
Bu barədə o, "Truth Social"da yazıb.
Â
"Mən Nikolun 7 iyun 2026-cı ildə yenidən seçilməsinin tərəfdarıyam", - ABŞ lideri vurğulayıb.
Â
Tramp qeyd edib ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio "hər iki ölkə üçün vacib olan bir neçə sövdələşmə üzrə" irəliləyişin təmin edilməsi məqsədilə Ermənistana səfər edib.
Â
Prezident əlavə edib ki, ABŞ və Ermənistan tezliklə Cənubi Qafqazı dəyişdirəcək və ABŞ enerji şirkətlərinin regionun resurslarına çıxışını təmin edəcək "Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayacaq.
Â