ABŞ Prezidenti Donald Tramp iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.
Tramp Paşinyanı ölkəsini güclü, çiçəklənən və çox təhlükəsiz edən gözəl dost və lider adlandırıb.
“Nikol Ermənistanda və bütün Cənubi Qafqazda sülh və rifah üçün mənim vizyonumu tam şəkildə bölüşür”, – Tramp yazıb.