EN

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

Azertag saytına istinadən ain.az xəbər verir.

Kiyev, 28 may, AZƏRTAC

Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

AZƏRTAC xəbər verir ki, bu ifadələr Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) 28 May-Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.

“Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, eləcə də ölkəmizə humanitar yardımını yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizdə və bütün sahələrdə əməkdaşlığımızda davamlı müsbət impulsların olmasını səbirsizliklə gözləyirik”, - deyə Ukrayna XİN-in məlumatında deyilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
6
azertag.az

7Sources