Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarovanın sözlərinə görə, Ermənistan tərəfi qeyri-rəsmi şəkildə bəzi Rusiya vətəndaşlarının seçki müşahidəçiləri siyahısına daxil edilməsinin arzuolunmaz olduğunu bildirib.
Bunu gələcəkdə nəzərə alacağıq. Konkret olaraq həmin şəxslərin – Rusiya Dövlət Dumasının üç deputatının – Ermənistan qarşısında nə kimi günah işlədiyini bilmirik. Yalnız ehtimal edə bilərəm ki, onlar Avropa İttifaqının sanksiya siyahısındadır və bu, rəsmi İrəvanın Aİ qarşısında nümayiş etdirdiyi mövqedir, - deyə Zaxarova bildirib.
Demokrat.az
5Sources
-
baki-xeber.comErmənistan seçkiləri izləyəcək MDB missiyasındakı Rusiya vətəndaşlarını ölkəyə buraxmadı... ( 29036653)
-
demokrat.azRusiya deputatları Ermənistana buraxılmadı: Zaxarovadan qəzəbli açıqlama ( 29030689)
-
musavat.comRusiya deputatları Ermənistana buraxılmadı – Zaxarovadan qəzəbli açıqlama ( 29030074)
-
apa.azZaxarova Ermənistanı bəzi Rusiya vətəndaşlarını seçkilərdə müşahidəçi siyahısına daxil etməməkdə günahlandırıb ( 29026549)
-
apa.azZaxarova: Ermənistanın Rusiya vətəndaşlarını seçkilərdə akkreditasiyadan imtina etmək qərarından təəssüflənirik ( 29025406)