ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 may, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında ilk turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda ikinci görüş baş tutub. Fransa və İtaliya yığmalarının duelində qapılara qol vurulmayıb – 0:0.
Bu qrupun ilk matçında milli komandamız Avstriyaya 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra yığmamız F qrupunda vahid liderdir.
Qeyd edək ki, Azərbaycan minifutbol millisi qrupda növbəti oyunlarını mayın 29-da İtaliyaya, 30-da isə Fransaya qarşı keçirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.