EN

ABŞ Raul Kastronun ölkəyə gətirilməsi üçün bütün imkanlardan istifadə edəcəyini açıqlayıb

BAKI, 29 may. TELEQRAF

ABŞ hakimiyyəti Kubanın keçmiş lideri Raul Kastronun ölkəyə ekstradisiya olunması üçün bütün mümkün addımları atmağa hazırdır.

Teleqraf xəbər verir ki,bu barədə ABŞ-nin baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun məqsədi Raul Kastronu ABŞ ərazisinə gətirmək və məhkəmə qarşısına çıxarmaqdır.

“Bizə Kastronun burada olması və məhkəmə qarşısına çıxması lazımdır. Onu bura gətirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Blanş vurğulayıb.

Chosen
96
1
teleqraf.com

10Sources