AZ

Tramp Madurodan sonra Raul Kastronu da “qaçırtmaq” İSTƏYİR

ABŞ Venesuela prezidenti Nikolas Madurodan sonra Kuba rəhbəri Raul Kastronu da həbs etmək istəyir.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-nin Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş Kuba İnqilabının liderinin istintaqa cəlb edilməli olduğunu vurğulayıb.

O, bunun üçün ölkəsinin əlindən gələni etməyə hazır olduğunu bildirib.

Artıq Kubada da narahatlıq başlayıb. Havanadakı ABŞ səfirliyinin qarşısında Kastroya qarşı irəli sürülən ittihamlara qarşı etiraz aksiyası keçirilir. Hətta Nikaraqua Raul Kastronu dəstəkləmək üçün Kuba ilə həmrəylik elan edib.
 

Blanş isə Venesuela prezidenti Nikolas Maduronun ABŞ hərbi qüvvələri tərəfindən ələ keçirilməsini xatırladaraq bunu "bir nümunə" adlandırıb. "Biz bunu adətən ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə edirik", - deyə bildirib.


ABŞ Ədliyyə Nazirliyi əvvəllər Kastronu dörd nəfərin qətlində, iki təyyarənin məhv edilməsində və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsddə ittiham edib. Blanşın sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi 94 yaşlı Kastronun məhkəmədə "könüllü və ya başqa şəkildə" iştirak etməsini gözləyir.

Xatırladaq ki, ABŞ hələ 1961-ci ildə Kastro rejimini devirməyə cəhd edib, lakin Kubaya yeridilən desant hökumət qüvvələri tərəfindən zərərsizləşdirilib. Bundan sonra ABŞ Kubaya iqtisadi blokada tətbiq edib.
 

Fidel Kastro dövründə Kuba SSRİ ilə müttəfiq olub və sovet dövləti “azadlıq adası”na iqtisadi-hərbi dəstək verib. 1976-cı ildən etibarən, 30 il ərzində komandante Fidel Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri vəzifələrini tutub.


Fidel Kastro 2006-cı il iyulun 31-də səhhətinin pisləşməsi ilə əlaqədar səlahiyyətlərini qardaşı Raula təhvil verib. Rəsmi şəkildə səlahiyyətlər 2008-ci ildə Raul Kastroya keçib. 2011-ci il aprelin 19-da Fidel Kastro Kuba Kommunist Partiyasının rəhbərliyindən gedib.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
66
26
bizim.media

10Mənbələr