Macarıstanın Baş naziri Peter Madyar NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Budapeştin Ukraynaya silah və hərbi texnika göndərməyəcəyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Macarıstan hərbi münaqişənin tərəfi deyil və bu mövqeyini dəyişmək niyyətində deyil.
Brüsseldə keçirilən görüş zamanı tərəflər Kosovodakı sülhməramlı missiyanı da müzakirə ediblər. Peter Madyar ölkəsinin NATO üçün etibarlı tərəfdaş olaraq qalacağını vurğulayıb.
Bundan əlavə, Mark Rutte Macarıstan Baş nazirinə NATO sammitinə hazırlıq prosesi və Hörmüz boğazındakı vəziyyət barədə məlumat verib.