ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Peter Madyar, Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Budapeştin Kiyevə silah və hərbi texnika verməyəcəyini deyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Madyar özü bunu “Facebook” səhifəsində yazıb.
"Baş katibə dedim ki, Macarıstan Rusiya-Ukrayna müharibəsinə silah və hərbi texnika göndərməyəcək", - Madyar qeyd edib.
Macarıstanın Baş naziri əlavə edib ki, ölkəsi yenidən "NATO-nun etibarlı tərəfdaşı" olacaq. O, Kosovoda sülhməramlı missiyada iştirak edən Macarıstan ordusunun şəxsi heyətini tərifləyib.
Macarıstanın əvvəlki Baş naziri Viktor Orban da Ukraynaya silah ötürməkdən imtina etmişdi.
Madyar həmçinin, Orbanın vaxtında tətbiq edilən Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı da qüvvvədə saxlayıb.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.