Benin millisinin üzvü Felipe Santos “Araz-Naxçıvan”dan ayrılıb.
Bizim.Media xəbər verir ki, o, Naxçıvan klubu ilə danışıq aparsa da, müqavilə şərtləri ilə razılaşmayıb.
Belədə, Santosun 2026/2027 mövsümündə “Araz-Naxçıvan”da olmayacağı dəqiqləşib.
Santosa həm Azərbaycan, həm Rusiya, həm də Asiya klublarından təkliflər var.
Qeyd edək ki, 29 yaşlı futbolçu “Ankaran”, “Maribor”, “Qəbələ” və “Hapoel Hayfa” klublarında oynayıb.
Bizim.Media