EN

Ukrayna Rusiyanın Krıma yolunu kəsib: Yük maşınları geri qayıdır VİDEO

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna PUA-ları işğal olunmuş ərazilərdən keçən və Rusiyanın əsas hissəsini Krım yarımadası ilə birləşdirən M-14 yolunu keçilməz vəziyyətə gətirib. “

AzPolitika” xəbər verir ki, mediada və sosila şəbəkələrdə Mariupol-Krım avtomobil yolunda Rusiyaya aid çoxlu sayda yanan yük maşınlarının görüntüləri yayımlanıb.

Rusiyanın “Z-kanalları” yazır ki, yol faktiki olaraq hərbi texnika və yük maşınları üçün bağlıdır. Yolun təhlükəli olduğunu görən yük maşınları geri qayıdır. Ruslar dolama yollardan istifadə edərək dronlardan qaçmağa çalışırlar, lakin bu da çox zaman alınmır.

Ukrayna onun ərazisinə qanunsuz daxil olan nəqliyyat vasitələrini məhv etmək üçün genişmiqyaslı əməliyyatı davam etdirir. Sözügedən yol müxtəlif istiqamətlərdə cəbhə xəttindən 80-130 kilometr məsafədədir. Ukrayna PUA-ları artıq asanlıqla bu məsafəni qət edərək, Rusiya işğalçı qüvvələrinin logistikasını və Krınm yarımadasının strateji məhsullarla təminatını iflic vəziyyətə salmaqdadır. Mütəxəssislər sözügedən yolun bağlanmasının cəbhədəki vəziyyətə ciddi təsir etdiyini bildirirlər.

Qeyd edək ki, Kreml yeni çəkilən bu yolu 5-ci ildir davam edən işğalçılıq müharibəsinin əsas strateji nailiyyətlərindən biri kimi təqdim edirdi.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
512
azpolitika.info

1Sources