EN

Peskov: Avropa münaqişənin tərəfidir və Ukrayna münaqişəsinin həllində vasitəçilik edə bilməz

Avropa münaqişənin tərəfidir və Ukrayna münaqişəsinin həllində vasitəçilik edə bilməz.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda Avropa münaqişənin tərəfidir. Ukraynadan tərəfdir. Unutmayın ki, Avropa silahları birbaşa bizə atəş açır və bunu görməzdən gəlmək mümkün deyil. Ona görə də, əlbəttə ki, Avropa bu statusda heç bir vasitəçi roluna iddia edə bilməz", - Kremlin sözçüsü qeyd edib.

Chosen
47
39
apa.az

10Sources