AZ

“Ağ Evə zəng edin” - Peskov bu sualı gülümsəyərək cavablandırdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun mümkün Moskva səfəri ilə bağlı sualı gülümsəyərək cavablandırıb.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, o, jurnalistlərin sorğusuna “Ağ Evə zəng edin” deyərək, məlumat üçün mənbənin oraya yönəldilməsini tövsiyə edib.

Bununla yanaşı, Peskov bildirib ki, Moskva ABŞ nümayəndələrinin mümkün gəlişini gözləyir və belə bir səfər baş tutacağı halda onları görməkdən məmnun olacaqlar.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar üçün Moskvaya gələ biləcəyini açıqlamışdı.

Seçilən
2
40
publika.az

10Mənbələr