AZ

Peskov Avropada Rusiya ilə danışıqlar barədə müzakirələri şərh edib

ain.az bildirir, Sherg.az portalına istinadən.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələrində Rusiya ilə mümkün danışıqlar üçün vasitəçi və ya nümayəndə fiquru ilə bağlı aparılan müzakirələr hələlik ilkin xarakter daşıyır. Onun sözlərinə görə, bu günədək konkret təkliflər irəli sürülməyib.

Sherg.az xəbər verir ki, bu haqda Peskov jurnalistlərə açıqlamasında deyib:

“Hazırda bu mövzuda rəsmi səviyyədə hər hansı müzakirələrin davam etdiyini eşitməmişəm. Belə müzakirələr həqiqətən olub, lakin onlar diplomatların dili ilə desək, daha çox ehtimal xarakteri daşıyırdı. Bundan artıq bir şey deyil. Hələlik heç kim konkret məsələlərdən danışmır”.

Kreml sözçüsü vurğulayıb ki, Rusiya ilə mümkün danışıqların formatı və iştirakçıları barədə rəsmi səviyyədə hər hansı dəqiq razılaşma və ya təşəbbüs mövcud deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
sherg.az

1Mənbələr