EN

ABŞ Konqo və Uqandada Ebola ilə mübarizə üçün maliyyələşməni artırdı

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerika Birləşmiş Ştatları Ebola epidemiyasının yayılması ilə mübarizə məqsədilə Konqo Demokratik Respublikasında və Uqandada görülən tədbirlərə əlavə 80 milyon dollar ayırıb. Bununla da ABŞ-ın ümumi maliyyə dəstəyi 112 milyon dollara çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos "X" sosial şəbəkəsində məlumat verib.

“ABŞ artıq ayrılmış 32 milyon dollara əlavə olaraq, Ebola ilə mübarizə üçün həyati əhəmiyyət daşıyan tədbirlərə daha 80 milyon dollar ayırıb. Regionda çalışan tərəfdaşlarımıza, həmçinin Konqo Demokratik Respublikası və Uqanda hökumətlərinə təşəkkür edirik”, – deyə Bulos bildirib.

Konqo Demokratik Respublikası və Uqanda hökumətləri mayın 15-də ölkələrində Ebola epidemiyasının başladığını elan ediblər. Xəstəliyə 2007-ci ilin payızında ilk dəfə Uqandada aşkar edilən Ebola-Bundibucyo virusu səbəb olur.

Məlumata görə, Konqo Demokratik Respublikasında təxminən 1000 şübhəli yoluxma və 220 ölüm halı qeydə alınıb. Uqandada isə 8 yoluxma və 1 ölüm faktı olduğu barədə məlumat verilib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
47
bizimyol.info

10Sources