EN

Hindistan bu işdə də Çini ötüb keçdi

Hindistan Çini keçərək dünyanın ən böyük düyü istehsalçısı olub.

Musavat.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti Hindistanın kənd təsərrüfatı naziri Şivraj Sinq Çuhanın açıqlamasına istinadla məlumat yayıb.

Bildirilir ki, 2025-2026-cı il kənd təsərrüfatı ilində Hindistanın düyü istehsalı rekord həddə - 154,02 milyon tona çatıb. Bu, əvvəlki ildəki 150,18 milyon tondan çoxdur. Çinin düyü istehsalı 145,28 milyon ton təşkil edib.

On il əvvəl Hindistan 104,4 milyon ton, Çin isə 148,5 milyon ton düyü istehsal edirdi. Hindistanda istehsalın sabit artması və Çində yavaşlama səbəbindən fərq azalıb.

Hindistan hazırda qlobal düyü istehsalının təxminən 28%-ni təşkil edir. 2024-2025-ci illərdə ölkə 5,9 milyard dollar dəyərində 6 milyon ton basmati düyüsü və 6,5 milyard dollar dəyərində 14,13 milyon ton digər düyü növləri ixrac edib.

Qeyd edək ki, son illərdə Hindistan dinamik inkişaf yolundadır və əhali artımından tutmuş bir çox müstəvilərdə Çini qabaqlamaqdır. Yalnız bu tərəqqi hələlik özünü əhalinin rifah səviyyəsində göstərmir. Hindistan dünyada ən çox yoxsul insanın (900 milyondan çox) yaşadığı ölkə olaraq qalır.

Musavat.com

Chosen
67
40
musavat.com

10Sources