EN

ABŞ iqtisadiyyatının birinci rüb üzrə göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatının birinci rüb üzrə göstəriciləri açıqlanıb.

Banco.az xəbər verir ki, məlumatlara görə, ölkə iqtisadiyyatı ilin ilk rübündə 1,6 faiz böyüyüb.

Ötən ay yayımlanan ilkin göstəricidə ABŞ iqtisadiyyatının 2026-cı ilin birinci rübündə 2 faiz artacağı proqnozlaşdırılmışdı.

ABŞ iqtisadiyyatı 2025-ci ilin son rübündə 0,5 faiz, ötən ilin ümumi nəticələrinə əsasən isə 2,1 faiz artım nümayiş etdirmişdi.

İlin ilk rübündə iqtisadi artıma ixrac, investisiya, istehlak xərcləri və dövlət xərclərindəki yüksəliş müsbət təsir göstərib. ÜDM hesablamasında mənfi təsir yaradan idxal isə artım nümayiş etdirib.

Şəxsi istehlak xərcləri qiymət indeksində də ilkin proqnozlarda olduğu kimi bu ilin birinci rübündə 4,5 faiz artım qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
98
7
banco.az

10Sources