EN

Broyler toyuqları ilə bağlı dəhşətli görüntülər – VİDEO

Marketlərdə satışa çıxarılan broyler toyuqları ilə bağlı yayılan görüntülər gündəm olub. Sosial şəbəkələrdə paylaşılan videoda toyuqların müxtəlif hissələrinə iynə vasitəsilə maye vurulduğu görünür. İddialara görə, bunun məqsədi məhsulun çəkisini artırmaq və daha dolu görünməsini təmin etməkdir.

Musavat.com xəbər verir ki, kadrlarda toyuqların xüsusilə döş və bud nahiyələrinə müdaxilə edildiyi əks olunur.
Görüntülər qısa zamanda geniş yayılıb və istifadəçilər tərəfindən etirazla qarşılanıb.
Görüntülərin hansı müəssisədə lentə alındığı məlum deyil. Bununla bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, daha əvvəl də broyler məhsullarının çəkisinin müxtəlif üsullarla artırılması ilə bağlı məlumatlar yayılmışdı.

Chosen
64
23
yenilik.az

10Sources