EN

SON DƏQİQƏ! Pezeşkian Azərbaycana dair tapşırıq verdi

İran prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.

Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi hökumət iclasının və İran Mərkəzi Bankının rəhbəri ilə keçirilən müşavirənin nəticələrinə istinadən məlumat yayıb.

“Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və bəzi zəruri malların təminatı və idxalı üçün Azərbaycan, Pakistan və Rusiya daxil olmaqla qonşu ölkələrin imkanlarından yararlanmanın vacibliyini vurğulayıb və bu sahədə müvafiq razılaşmaların icrasının sürətləndirilməsinə çağırıb”, - məlumatda qeyd olunur.

Pezeşkian əlavə edib ki, zərurət yaranarsa, o, tədarük və daşımalar sahəsində yarana biləcək maneələrin mümkün qədər tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.

İclasda əsas malların, dərmanların və ölkə üçün zəruri resursların idxalı ilə bağlı mövcud vəziyyət, bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla müzakirə edilib.

İqtisadiyyat nazirinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində bir çox quru sərhəd keçid məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının imkanları aktivləşdirilib və gücləndirilib ki, bu da malların idxalının asanlaşdırılması və artırılmasına xidmət edir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
15
4
musavat.com

7Sources