EN

Mobil telefonla bağlı daha bir qadağa

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyunun 1-dən Rusiyada mobil telefonla bağlı daha bir qadağa qüvvəyə minir.

Avtosfer.az xəbər verir ki, yeni qaydaya əsasən yanacaqdoldurma məntəqəsində maşından kənarda mobil telefondan istifadə edən şəxsə yanacaq satılmaya bilər. Bundan əlavə, yanacaqdoldurma məntəqələri telefonla danışmağa israr edən şəxsi qara siyahıya sala bilər.

Rusiya FHN-nin yeni təlimatına əsasən yanacaqdoldurma məntəqəsində avtomobildən kənarda mobil telefondan istifadə təsadüfi qığılcım riskinə görə təhlükəlidir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
avtosfer.az

1Sources