EN

​Ən çox qeybət edən

Bəzi insanlar xəbərləri özündə saxlamağı bacarsa da, bəzi bürclər eşitdiyi məlumatı paylaşmadan dayana bilmir. Astroloqlar hesab edir ki, ünsiyyətcil, müşahidəçi və maraqcıllığı ilə seçilən bürclər qeybət etməyə daha meylli olur. Onlar üçün qeybət hər zaman pis niyyət anlamına gəlmir, bəzən sadəcə söhbəti maraqlı etmək üsuludur. Xüsusilə ətrafında baş verən hadisələri izləməyi sevən bürclər dost məclislərinin əsas danışan tərəfinə çevrilir. Metbuat.az ən çox qeybət etdiyi deyilən 4 bürcü təqdim edir: ƏkizlərƏkizlər bürcü ünsiyyətin ustası hesab olunur. Onlar eşitdiyi xəbəri başqaları ilə paylaşmağı çox sevir. Maraqlı məlumatları özündə saxlamaq Əkizlər üçün olduqca çətindir. Söhbət zamanı bilmədən sirr açmaları da tez-tez rast gəlinən hallardandır. Tərəzi Tərəzi bürcü insan münasibətlərinə həddindən artıq maraq göstərir. Kimin kimlə münasibətdə olması və ya hansı hadisənin baş verməsi onların diqqətini çəkir. Dost ortamında ən son xəbərləri danışmağı sevirlər. Çox vaxt qeybəti pis niyyətlə deyil, sadəcə söhbəti davam etdirmək üçün edirlər. QızQız bürcü detallara diqqəti ilə seçilir. Onlar ətrafındakı insanların davranışlarını diqqətlə izləyir və hər detalı yadda saxlayır. Bu xüsusiyyət isə onları qeybət mövzusunda güclü müşahidəçiyə çevirir. Xüsusilə kiminsə səhvini və ya qəribə davranışını uzun müddət müzakirə edə bilirlər. Oxatan

Oxatan bürcü əyləncəli söhbətləri çox sevir. Onlar üçün maraqlı hadisələri danışmaq gündəlik həyatın bir hissəsidir. Bəzən düşünmədən danışdıqları üçün özlərini qeybətin mərkəzində tapırlar. Ən maraqlısı isə odur ki, çox vaxt bunu etdiklərinin fərqinə belə varmırlar.

Chosen
45
metbuat.az

1Sources