EN

Putin: "Ermənistan şərabları hara gedəcək – İspaniyaya, İtaliyaya yoxsa Fransaya?"

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının mümkün nəticələri ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Putin Ermənistanın Aİİ-dən ayrılacağı təqdirdə ölkənin iqtisadiyyatının ciddi itkilərlə üzləşəcəyini bildirərək qeyd edib ki, erməni tranzit daşıyıcıları üçün yenidən icazə sistemi tətbiq olunacaq.

Biz bu barədə açıq danışmalıyıq. Enerji daşıyıcılarının qiymətlərini də artırmalı olacağıq. Ekspertlərin hesablamalarına görə, bu, Ermənistana ÜDM-in 14 faizi həcmində başa gələ bilər, - deyə Putin bildirib.

Rusiya prezidenti Ermənistanın ixrac imkanlarına da toxunaraq belə bir sual ünvanlayıb:

“Erməni şərabı hara gedəcək? İspaniyaya? İtaliyaya? Fransaya?”

Putin həmçinin qeyd edib ki, Moskva Ermənistanın Avropa İttifaqına qoşulması və ya Aİİ-də qalması məsələsi ilə bağlı referendumun mümkün qədər tez keçirilməsini istəyir.

Onun sözlərinə görə, Ermənistan Aİİ-dən çıxarsa, avtomobil daşıyıcılarına qoyulan tələblər sərtləşdiriləcək, dəmir yolu daşımalarının tarifləri isə artırılacaq.

Musavat.com

Chosen
26
42
musavat.com

10Sources