EN

Məhəmməd Baqir Qalibaf: Biz güzəştləri danışıqlarla yox, raketlərlə alırıq

Məhəmməd Baqir Qalibaf: Biz güzəştləri danışıqlarla yox, raketlərlə alırıq

İran Parlamenti sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə müzakirə prosesində razılaşma üçün şifahi zəmanətlərə güvənmədiklərini və qarşı tərəf öhdəliklərini yerinə yetirmədən hər hansı bir addım atmayacaqlarını söyləyib.

AFN.az xəbər verir ki, İran Parlamenti sədri və ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Qalibaf "X" hesabında paylaşım edib.

Qalibaf ölkəsinin müzakirə prosesində rəhbər tutduğu təməl prinsiplərə toxunaraq "Biz güzəştləri danışıqlarla yox, raketlərlə alırıq" deyib və ABŞ ilə danışıqlarda şifahi vədlərə inanmadıqlarını, qarşı tərəf əməli addımlar atmayana qədər heç bir addım atmayacaqlarını vurğulayıb.

İran Məclis sədri Qalibaf həmçinin bildirib ki, hər hansı bir sazişin qalibi, onun ertəsi günü üçün müharibəyə daha yaxşı hazırlaşandır.

Chosen
69
afn.az

1Sources