EN

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 30 may, AZƏRTAC

Rusiya Ermənistandan pomidor, xiyar və çiyələk idxalına məhdudiyyətlər qoyub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) müəyyən edilmiş fitosanitariya pozuntularına görə bu gündən etibarən Ermənistandan müəyyən növ meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq eyməyə başlayıb.

Qeyd olunur ki, Ermənistandan Rusiyaya tərəvəz tədarükünə qoyulan məhdudiyyətlər daxili bazara təsir etməyəcək, çünki onların Rusiya idxalında payı cüzidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
azertag.az

3Sources