AZ

Rusiya bazarı Ermənistanın üzünə bağlanır

Rusiya Ermənistandan xiyar, bibər və çiyələk idxalına məhdudiyyətlər qoyub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.

Məlumata görə, qərar müəyyən edilmiş fitosanitariya pozuntularına görə bu gündən etibarən qüvvədə olacaq.

Qeyd olunub ki, Ermənistandan Rusiyaya tərəvəz tədarükünə qoyulan məhdudiyyətlər daxili bazara təsir etməyəcək, çünki onların Rusiya idxalında payı cüzidir.

Seçilən
0
1
publika.az

4Mənbələr