EN

Rusiya Ermənistandan bu məhsulların idxalını məhdudlaşdırıb

Rusiya mayın 30-dan etibarən Ermənistandan bir sıra təzə tərəvəz və giləmeyvələrin idxalına məhdudiyyət tətbiq edib.

Qaziler.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, qadağaya pomidor, xiyar, bibər, göyərti məhsulları, eləcə də çiyələk daxil edilib.

Qurum məhdudlaşdırıcı tədbirlər barədə hələ mayın 28-də anons vermişdi.

"Qərar Ermənistan meyvə-tərəvəz məhsullarının tədarükü zamanı pozuntuların artması ilə əlaqədar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib", - "Rosselxoznadzor"dan dəqiqləşdirilmişdi.

Qurum rəsmiləri qeyd ediblər ki, mövcud vəziyyət Rusiya ərazisinin fitosanitar rifahına təhlükə yaradır.

Report.az

Chosen
6
1
qaziler.az

2Sources