EN

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

ain.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 30 may, AZƏRTAC

Azərbaycan dünyanın çox mürəkkəb bir hissəsində yerləşir. Maraqlıdır ki, ölkə həm Türkiyə, həm də İsrail ilə güclü münasibətlərə malikdir. Bütün bu səbəblərə görə biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Müharibə katibi köməkçisinin müavini Endryu Lumis Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda deyib.

O bildirib ki, bu səbəbdən ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Pentaqon rəsmisinin sözlərinə görə, müdafiə sahəsində əlaqələr yeni deyil və tarixi əhəmiyyətə malikdir.

“İyirmi ildən çoxdur ki, Azərbaycan ABŞ ilə birlikdə döyüşür. Azərbaycan Əfqanıstanı tərk edən son dövlətdən biri idi. Azərbaycanın peşəkar hərbi təhsil kurslarında, eləcə də regional hərbi təlimlərdə iştirakından məmnunuq və hərbçilərimiz arasında qurulan münasibətlər bu əlaqələrin daha da möhkəmlənməsini təmin edir. Biz sabitlik üçün davamlı təməl qururuq, bu əməkdaşlıq və dostluğu davam etdirməyi səbirsizliklə gözləyirik. Tam əminəm ki, müstəsna tərəfdaşlığımız gələcək illərdə daha da güclənəcək”, - deyə o əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
10
azertag.az

10Sources