EN

Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var

Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bizim.Media

Chosen
1
21
bizim.media

10Sources