Oğuzda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə 1news.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 09:59 Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.