EN

"Sumqayıt Bulvarı"nın yaxınlığındakı binada yanğın

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Cebheinfo.az" məlumat verir ki, hadisə şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb.

Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

"Cebheinfo.az" 

Chosen
2
10
cebheinfo.az

10Sources