EN

Oğuzda AĞIR QƏZA: Sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb - FOTO

Oğuz rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonu, Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və 1981-ci il təvəllüdlü sərnişin Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.

 

Chosen
1
21
musavat.com

10Sources