EN

Millimiz Fransaya qarşı

Minifutbol üzrə millimiz Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.

"Football-plus.az" xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15.15-də başlayacaq..

Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək (3:0) pley-offa vəsiqəni təmin edib.

Xatırladaq ki, yığmamız ilk oyunda Avstriyanı (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Kollektiv hazırda F qrupunda 6 xalla liderdi. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyan xalsızdı.

Chosen
7
5
football-plus.az

6Sources