EN

Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.

APA xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb.

Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
15
apa.az

10Sources