"Nitsa"nın kapitanı Dante karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi 42 yaşında peşəkar futbolla vidalaşıb. O, karyerasının son matçına ötən gün Liqa 1 üçün "Sent-Etyen"lə pley-off oyununda çıxıb.
Təcrübəli mərkəz müdafiəçisi bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Dante "Bavariya"nın U-23 komandasını çalışdıracaq.
Qeyd edək ki, Dante "Nitsa"dan əvvəl ölkəsində "Kapivaryano", "Yuventude", Fransada "Lill", Belçikada "Şarlerua", "Standard", Almaniyada isə "Borussiya" (Münhenqladbax), "Bavariya" və "Volfsburq"un formasını geyinib. Müdafiəçi Braziliya millisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi