AZ

Braziliya millisinin sabiq üzvü 42 yaşında karyerasını bitirdi

style='margin-bottom:10px;'>

"Nitsa"nın kapitanı Dante karyerasını başa vurub.

QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi 42 yaşında bu qərarını açıqlayıb.

O, karyerasının son matçına ötən gün Liqa 1-ə vəsiqə üçün "Sent-Etyen"lə keçirilən pley-off oyununda çıxıb.

Dante bundan sonra məşqçi kimi fəaliyyət göstərəcəyini açıqlayıb. O, "Bavariya"nın U-23 komandasını çalışdıracaq.

Qeyd edək ki, Dante "Nitsa"dan əvvəl ölkəsində "Kapivaryano", "Yuventude", Fransada "Lill", Belçikada "Şarlerua", "Standard", Almaniyada isə "Borussiya" (Münhenqladbax), "Bavariya" və "Volfsburq"un formasını geyinib. Müdafiəçi Braziliya millisinin heyətində meydana çıxdığı 13 matçda 2 qol vurub.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr