BAKI, 30 may. TELEQRAF
Göygöl rayonunda sürücü idarə etməni itirərək avtomobilini reklam lövhəsinə çırpıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə - Göygöl magistral avtomobil yolunda qeydə alınıb.
Azər Verdiyev "Ceat" markalı maşını yüksək surətlə idarə edərkən maşını reklam lövhəsinə çırpıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq səbəbləri araşdırılır.