EN

İnsanlar niyə yuxu görür? - ARAŞDIRMA

Yuxular insan beyninin ən maraqlı və hələ də tam açılmamış funksiyalarından biridir. Elm yuxuları tək bir məqsədlə izah etmir, amma bir neçə güclü nəzəriyyə var.

“Cebheinfo.az”-ın araşdırmasına görə, ən çox qəbul edilən fikirlərdən biri budur ki, yuxular yaddaşın işlənməsi ilə bağlıdır.

Gün ərzində yaşadığımız məlumatlar beynimizdə qarışıq halda toplanır və yuxu zamanı beyin bu məlumatları “süzür”, vacibləri saxlayır, lazımsızları isə kənara atır.

Xüsusilə “REM yuxusu” zamanı beyin çox aktiv olur və yuxular daha canlı görünür.

Başqa bir nəzəriyyəyə görə, yuxular emosional “təmizləmə” funksiyası daşıyır. Yəni gün ərzində yaşanan stress, qorxu və sevinc kimi hisslər yuxuda yenidən işlənir və beyin onları balanslaşdırmağa çalışır. Buna görə bəzən qəribə və məntiqsiz yuxular görürük. Çünki beyin onları real qaydalarla yox, hisslərlə “qarışdırır”.

Bir çox alimlər yuxuları “təhlükəsiz simulyasiya” kimi də izah edir. Yəni beyin real həyatda ola biləcək riskləri yuxuda sınaqdan keçirir. Məsələn, qaçmaq, gizlənmək, düşmək kimi ssenarilər bu mexanizmin bir hissəsi ola bilər.

Amma yuxuların insan psixologiyasına təsiri də çox güclüdür. Bəzi yuxular oyandıqdan sonra gün ərzində əhvalı dəyişə bilər. İnsan ya rahatlanmış, ya da əksinə narahat hiss edə bilər. Xüsusilə çox real və emosional yuxular beynin hiss mərkəzlərini aktiv saxladığı üçün insan o yuxunun təsirindən uzun müddət çıxa bilmir. Təkrarlanan yuxular isə bəzən şüuraltında həll olunmamış stress və düşüncələrin göstəricisi kimi qəbul edilir.

Amma ən maraqlı tərəf budur ki, yuxular tam olaraq “nə üçün var” sualının tək cavabı yoxdur. Ola bilsin ki, onlar eyni anda həm yaddaş, həm emosiyalar, həm də yaradıcılıq üçün işləyən çoxfunksiyalı bir sistemdir.

Chosen
21
1
cebheinfo.az

2Sources