Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrupu lider kimi başa vurub.
Publika.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı üçüncü matçında Fransa ilə üz-üzə gəlib. “Tipos Arena”dakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib – 3:2.
Birinci hissərə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Qrupun digər oyununda Avstriya İtaliyanı beş cavabsız qolla üstələyib.