Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.
Â
Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.
Â
Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb.
Â
Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.
Â
Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər.