EN

Azər Bağırov “Kəpəz”dən getdi – Rəsmi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasının baş məşqçisi Azər Bağırov vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssislə müddəti başa çatmış müqavilə yenilənməyib. “Kəpəz” Azər Bağırova klubda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Xatırladaq ki, Azər Bağırov 2025-ci ilin oktyabr ayından “Kəpəz”ə rəhbərlik edirdi. O, bu müddətdə komandanı 31 oyuna çıxarıb, 10 qələbə, 3 heç-heçə, 18 məğlubiyyət görüb. “Kəpəz” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 27 xalla 10-cu pillədə başa vurub və elitadakı yerini qoruyub.

Xatırladaq ki, “Kəpəz” 2024/2025-ci illər mövsümündə də Bağırovun rəhbərliyi altında çıxış edib. Həmin mövsümdə o, Premyer Liqanın 5-ci turundan sonra Gəncə klubunun sükanı arxasına gətirilmiş və komandanı Premyer Liqada saxlamışdı. 2025/2026-cı illər mövsümündə isə Bağırov 6-cı turdan sonra bu komandanı toparlamağı bacarıb.

Maraqlıdır ki, hər iki halda “Kəpəz” Adil Şükürovu istefaya göndərib və onu Azər Bağırovla əvəzləyib. Ötən mövsümdə olduğu kimi, Bağırov bu dəfə də Gəncə təmsilçisini 0 xalla sonuncu pillədə qəbul etmişdi.

41 yaşlı mütəxəssis əvvəlki mövsümdə də bu komandanı 34 oyuna çıxarmış, 10 qələbə, 8 heç-heçə və 16 məğlubiyyət görmüşdü. “Kəpəz” mövsümü 32 xalla 10 iştirakçı arasında 9-cu pillədə başa vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Chosen
5
5
arena.az

10Sources