Göygöl rayonunda sürünün ehtiyatsızlığı yol qəzası ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl magistral avtomobil yolunda baş verib.
Azər Verdiyev "SEAT" markalı avtomobillə hərəkətdə olarkən yüksək sürət səbəbindən idarəetməni itirib və nəticədə maşın yol kənarında olan reklam lövhəsinə çırpılııb.
Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu