EN

Dursun Özbəkdən Okan Buruka yeni müqavilə təklifi

"Qalatasaray" rəhbərliyi uğurlu gedişatı davam etdirən baş məşqçi Okan Buruk üçün şərtləri yaxşılaşdırılmış yeni sözləşmə hazırlayıb.

Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, klub prezidenti Dursun Özbəkin təcrübəli mütəxəssisə illik 4 milyon avro maaş təklif edəcəyi gözlənilir.

Müqavilədə Türkiyə Super Liqası çempionluğu üçün 1 milyon avro və Çempionlar Liqasında dörddəbir finala yüksəlmək üçün əlavə 1 milyon avro bonus nəzərdə tutulub.

Rəhbərlik bu addımla komandadakı sabitliyi qorumaq niyyətindədir.

Chosen
19
1
fanat.az

2Sources