"Qalatasaray" rəhbərliyi uğurlu gedişatı davam etdirən baş məşqçi Okan Buruk üçün şərtləri yaxşılaşdırılmış yeni sözləşmə hazırlayıb.
Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, klub prezidenti Dursun Özbəkin təcrübəli mütəxəssisə illik 4 milyon avro maaş təklif edəcəyi gözlənilir.
Müqavilədə Türkiyə Super Liqası çempionluğu üçün 1 milyon avro və Çempionlar Liqasında dörddəbir finala yüksəlmək üçün əlavə 1 milyon avro bonus nəzərdə tutulub.
Rəhbərlik bu addımla komandadakı sabitliyi qorumaq niyyətindədir.