EN

“Mavi mikroay” görünəcək -Həftəsonu gecə səmada nadir hadisə

Bu həftəsonu gecə səması astronomiya həvəskarları üçün nadir bir mənzərəyə ev sahibliyi edəcək. Belə ki, həftəsonu səmada “Mavi mikroay” müşahidə ediləcək.

Redaktor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, bu hadisə həm “mavi ay”, həm də “mikroay”ın eyni vaxta təsadüf etməsi ilə xüsusi hesab olunur.

Astronomların izahına görə, Ayın fazaları təxminən 29,5 gün davam edən dövrlə dəyişir və bu səbəbdən dolunay adətən ayda bir dəfə müşahidə olunur. Lakin bəzi hallarda eyni ay ərzində iki dolunay baş verir. İkinci dolunay “mavi ay” adlanır.

Chosen
31
1
redaktor.az

2Sources