EN

Bu səhv paltaryuyan maşınınızı yavaş-yavaş sıradan çıxarır

Bir çox paltaryuyan maşın sahibləri istehsalçıların və mütəxəssislərin tövsiyə etdiyindən xeyli az tezlikdə təmizlik aparırlar. Ekspertlər xəbərdarlıq edir ki, çirk, kif və ərpin yığılması təkcə cihazın ömrünü qısaltmır, həm də ev sakinlərinin sağlamlığına təsir göstərə bilər.

Demokrat.az
xəbər verir ki,  bu barədə "Slash Gear" yazır.

Məişət texnikası istehsalçılarının məlumatına görə, paltaryuyan maşın təxminən ayda bir dəfə və ya 30 yuma dövründən sonra təmizlənməlidir. Bu xüsusilə demək olar ki, hər gün işləyən böyük ailələr üçün vacibdir.

Maşının təcili təmizliyə ehtiyacı olduğunu göstərən əlamətlər arasında küf qoxusu, yuyulmuş paltarda xoşagəlməz qoxu və ya filtr və rezin hissələrdə çirklənmə var.

Ekspertlər bildirir ki, çirkli paltaryuyan maşın bakteriya, kif və allergenlərin mənbəyinə çevrilə bilər. Bundan əlavə, sərt su səbəbindən yığılan ərp enerji sərfiyyatını artırır və detalların aşınmasını sürətləndirir.

Paltaryuyan maşın necə düzgün təmizlənməlidir?

İstehsalçılar boş maşında isti su ilə və xüsusi təmizləyici vasitə ilə yuma dövrü başlatmağı tövsiyə edirlər. Bundan sonra əlavə yaxalama aparmaq və yuyucu vasitələr üçün nəzərdə tutulmuş bölməni diqqətlə təmizləmək lazımdır.

Xüsusilə rezin möhürlərə, qapıya, su axıdıcı şlanqa və yuyucu vasitə dispenserinə diqqət yetirilməlidir, çünki burada ən çox yuyucu qalıqları və kif toplanır.

Ərpə qarşı mübarizə üçün xüsusi kireç təmizləyici vasitələrdən, sirkədən və ya qida sodasından istifadə oluna bilər.

Kif və ərp texnikanın əsas düşmənləridir

Ekspertlər bildirir ki, sərt su olan bölgələrdə yaşayan paltaryuyan maşın sahibləri daha çox risk altındadır. Məhz kalsium və maqnezium daxili hissələrdə ərpin yaranmasına səbəb olur.

Kif aşkarlandıqda xlor tərkibli vasitə ilə özünü təmizləmə dövrü aparılması və prosesdən sonra qapı ilə yuyucu bölməsinin açıq saxlanılaraq tam qurudulması tövsiyə edilir.

Əgər ciddi təmizlikdən sonra da kif yox olmursa, mütəxəssislər servis mərkəzinə müraciət etməyi məsləhət görürlər.

Jalə
Demokrat.az
Chosen
63
4
demokrat.az

5Sources