EN

Ukrayna dronları Rusiyanı HƏRƏKƏTƏ KEÇİRDİ - Yeni nazirlik yaradılır

Rusiyanın Nijni Novqorod vilayətində Ukrayna pilotsuz uçuş aparatlarından müdafiə üçün ayrıca nazirlik yaratmaq qərarı verilib.

Musavat.com xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, bölgədə Ukrayna dronlarının əsas hədəflərindən biri Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodudur.

Bundan əlavə, bir neçə gün əvvəl pilotsuz uçuş aparatı Nijni Novqorod Vilayət Məhkəməsinin binasına da zərbə endirib.

Qeyd olunur ki, Ukrayna sərhədindən Nijni Novqoroda qədər məsafə təxminən 600 kilometr təşkil edir. Buna baxmayaraq, Ukrayna dronları mütəmadi olaraq regiondakı strateji obyektlərə çatmağı bacarır.

Musavat.com

Chosen
27
musavat.com

1Sources