EN

Rusiyada dizel yanacağının istehsalı azalıb SƏBƏB

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyada may ayında dizel yanacağının istehsalı 10% azalıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin analitiklərinin fikrincə, buna səbəb Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) neft emalı zavodlarına etdiyi hücumlardır. Onlar qeyd ediblər ki, aprel ayında da Rusiyada dizel yanacağı istehsalı 10% aşağı düşmüşdü. Agentlik qeyd edir ki, Rusiya Federasiyası hökuməti yanacaq ixracına qadağa qoyulması məsələsini nəzərdən keçirir. Bununla belə, mənbələr bildirir ki, qadağanın tətbiqi az eyhtimallıdır, çünki bu məhdudiyyətlər neft emalı zavodlarının işini daha da çətinləşdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
avtosfer.az

2Sources