ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Braziliyanın San-Paulu ştatının səhiyyə orqanları Ebola qızdırmasına şübhəli sayılan bir yoluxma halını araşdırır.
Bakıvaxtı.az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, hazırda Ebola epidemiyasının qeydə alındığı Konqo Demokratik Respublikasına səfərdən sonra bir kişinin hərarəti yüksəlib.
Rəsmi açıqlamada bildirilir ki, pasiyent yoluxucu xəstəliklərə şübhəli bilinən və ya təsdiqlənmiş halları olan xəstələrin nəzarətdə saxlanıldığı ixtisaslaşdırılmış xəstəxanada təcrid edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.