Demokrat.az xəbər verir ki, həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələn PSJ qələbə qazanıb.
Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.
Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.
Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.
Qeyd edək ki, PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edib. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına uduzan (0:1) Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparıb. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olub.
10Sources
-
icma.az“PSJ yə müəyyən simpatiya hiss olunurdu” azərbaycanlı şərhçi Budapeştdə nə görüb? ( 29083162)
-
football-plus.az“PSJ-yə müəyyən simpatiya hiss olunurdu” – azərbaycanlı şərhçi Budapeştdə nə görüb? ( 29083114)
-
oxumeni.azPSJ növbəti dəfə Çempionlar liqasının qalibi olub ( 29071183)
-
cebheinfo.azPSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub ( 29070772)
-
adalet.azPSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu ( 29070460)
-
senzor.azPSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi oldu ( 29069746)
-
yenisabah.azPSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi oldu ( 29069320)
-
far.azPSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub ( 29068081)
-
demokrat.azPSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub ( 29067886)
-
moderator.azPSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO ( 29067862)