EN

ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək

Bakı, 31 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya və Avstraliya AUKUS hərbi ittifaqı çərçivəsində sualtı kabelləri qorumaq və müdafiəni gücləndirmək üçün sualtı dron texnologiyasını inkişaf etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qeyd olunan ölkələrin müdafiə nazirləri Sinqapurda keçirilən təhlükəsizlik sammitində açıqlama veriblər.

Bildirilib ki, pilotsuz sualtı nəqliyyat vasitəsi (UUV) texnologiyasının gələn ilə qədər hazır olacağı gözlənilir. Layihənin ümumi dəyəri açıqlanmasa da, Böyük Britaniyanın müdafiə naziri Con Healey ölkəsinin bu işə 150 milyon funt sterlinq (201 milyon dollar) töhfə verəcəyini bildirib.

Birgə açıqlamada diqqətə çatdırılıb ki, yeni layihə çərçivəsində dəniz dibinin infrastrukturunu qoruya, zərbələr endirə, müşahidə, kəşfiyyat və logistika əməliyyatları apara bilən UUV-lər üçün qabaqcıl faydalı yüklər və imkan sistemləri hazırlanacaq.

Healey, həmçinin deyib ki, UUV-lər üçün sensorlar və silah sistemləri də ərsəyə gətiriləcək.

 

Chosen
36
2
azertag.az

4Sources